ELM VƏ TƏHSİL


Azərbaycan alimləri nüfuzlu topluda 4 fəslin müəllifi olublar

Bakı, 1 may, AZƏRTAC

AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Zoologiya, eləcə də Naxçıvan Bölməsinin Bioresurslar institutlarının alimlərinin 4 elmi əsəri 2021-ci ildə “Springer” nəşriyyatında çapdan çıxmış irihəcmli “Asiyada biomüxtəliflik, mühafizə və davamlılıq. Cild 1: Qərbi Asiya və Qafqazda perspektivlər və çağırışlar” toplusunda ayrıca fəsillər şəklində yer alıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Elmi redaktorları tanınmış türkiyəli alimlər Münir Öztürk, Volkan Altay və Rəcəb Efe olan toplu əsasən Qərbi Asiya və Qafqazın (Türkiyə, Rusiya, Fələstin, Gürcüstan, İran, Azərbaycan) biomüxtəlifliyinin müasir vəziyyətinə, mühafizəsi və davamlı istifadəsinə həsr edilib.

Azərbaycanın bioloji müxtəlifliyi ilə bağlı fəsillər aşağıda şəkildə verilib:

- Səyyarə İbadullayeva, İradə Hüseynova. Azərbaycanın bitki müxtəlifliyinə baxış (431-478 s.);

- Zeynal Əkpərov, Aydın Əsgərov, Afiq Məmmədov. Azərbaycanın aqrobiomüxtəlifliyi (479-499 s.);

- Elman Yusifov, Elşad Əhmədov. Azərbaycanın fauna müxtəlifliyi (501-525 s.);

- Ənvər İbrahimov. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının florasında Crataegus (Rosaceae) cinsi (527-547 s).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.