ELM VƏ TƏHSİL


Azərbaycan alimləri prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib.

Bəyanatda vurğulanır ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Azərbaycan Respublikasının elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.