ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub

Bakı, 8 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Emin Qəribovun türkiyəli və iranlı həmkarları ilə müştərək tədqiqatlarının nəticələrinə həsr olunmuş növbəti məqaləsi yüksək impakt faktorlu “Biorganic chemistry” jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə güclü α-qlikozidaz və α-amilaz inhibitorları olan aminospirtlərin yeni tsiklik tiourea törəmələrinin sintezi, funksional analizi, bioaktivlik araşdırması və molekulyar dokinq tədqiqatlarına həsr olunub.

Xatırladaq ki, impakt faktoru 4.831-ə bərabər olan “Bioorganic chemistry” jurnalı “Web of Science” beynəlxalq elmi bazasına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.