ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib
Bakı, 2 dekabr, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Sosial media verilənlərində DDoS hücumların proqnozlaşdırılması üçün təkmilləşdirilmiş LSTM və CNN modelləri” adlı məqalə ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən “IGI Global” nəşriyyatının redaksiya heyəti tərəfindən seçilərək “Xidmətdən imtina hücumları ilə mübarizə üzrə tədqiqatlar antologiyası” kitabına daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, antologiya informasiya sistemlərinin iş prosesinə mane olan kiberhücumların qarşısının alınması və onlarla mübarizə üçün müdaxilələrin aşkarlanması sistemlərinin yaradılması sahəsində təklif edilmiş müasir yanaşmaları tədqiq edir.
Kitabda kibertəhlükəsizliyin tətbiqi səviyyə protokolları, botnetlərin identifikasiyası, kiberhücumlar, verilənlər bazalarının təhlükəsizliyi, paylanmış xidmətdən imtina hücumları (DDoS), hakerlik, hücumların aşkarlanması sistemləri, zərərli proqramların aşkarlanması, şəbəkə administratorluğu, VPN təhlükəsizliyi, veb-təhlükəsizlik kimi sahələrdə aparılan tədqiqatların nəticələri yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]