ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Xidmətdən imtina hücumlarının aşkarlanması üçün məhdud Bolsman maşınları əsasında dərin təlim üsulu” məqaləsi “Big Data” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində hazırlanıb.

“Big Data” jurnalı “MEDLINE”, “PubMed”, “PubMed Central”, “Science Citation Index Expanded”, “Journal Citation Reports/Science Edition” və “Scopus” kimi elmi bazalarda indeksləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.