ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin elmi işçisi Sədi Hüseynovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu elmi jurnalda dərc edilib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, məqalə Rusiyanın “Plasma Pysics Reports” elmi jurnalının (Impact Factor 0.941) 2019-cu il üçün buraxılışında dərc olunub.

https://link.springer.com/article/10.1134/S1063780X19060047 

“İkikomponentli anizotrop plazmada MHD dalğaları və dayanıqsızlıqları” sərlövhəli məqalədə 16-momentli MHD köçürmə tənlikləri əsasında anizotrop kosmik plazmada dalğaların yayılması və dayanıqsızlıqların yaranması probleminə baxılıb.

Məsələnin həlli ikikomponentli plazma (elektron və ion) halı və maqnit sahəsi boyunca istilik selinin mövcudluğu üçün tapılıb. MHD yaxınlaşmasında tapılmış həllər kinetik yaxınlaşma ilə müqayisə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.