ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin nüfuzlu elmi bazalarda  statistik göstəriciləri araşdırılıb

Bakı,13 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan alimlərinin 1996-2016-cı illərdə müxtəlif elm sahələri üzrə “Web of science” və “Scopus” verilənlər bazalarında dərc olunan məqalələri, həmçinin həmin məqalələrə edilən istinadların bibliometrik göstəricilərinin müqayisəli təhlili aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlərin 2015-ci ildə “Thomson Reuters” elmi bazasında ən çox məqalələri fizika və astronomiya sahələrinə aiddir. Belə ki, bu sahədə dərc olunmuş 230 məqaləyə, bütövlükdə, 1787 dəfə istinad olunub. Kompüter elmləri üzrə 39 məqaləyə aid istinadların sayı 57-yə, informasiya sistemləri üzrə 11 məqaləyə aid istinadların sayı isə 16-ya bərabərdir.

“Scopus” elmi bazasında isə fizika və astronomiya üzrə dərc olunmuş 78 məqaləyə 141 dəfə istinad olunub. Kompüter elmləri üzrə 48 məqalə ilə bağlı müvafiq göstərici 10-a, mühəndislik sahəsində 52 məqalə ilə bağlı istinadların sayı isə 72-yə bərabərdir.

Ötən ildə də “Thomson Reuters” elmi bazasında ən çox məqalə fizika və astronomiya sahəsinə aid olub. Bu elm sahəsi üzrə 246 məqaləyə 703 dəfə, kompüter elmləri üzrə 68 məqaləyə cəmi beş dəfə istinad olunub. İnformasiya sistemləri sahəsində dərc olunmuş altı məqaləyə isə istinad olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.