İDMAN


Azərbaycan alpinistləri “Tyan-Şan-2013” – “Xan Tenqri” və “Qələbə” zirvələrinə ekspedisiyaya başlamışlar

Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan alpinistləri “Tyan-Şan-2013” – “Xan Tenqri”(7010 m.) və “Qələbə”(7439 m.) zirvələrinə ekspedisiyaya başlamışlar.

Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan alpinistləri Sirxan Məmmədov və Firuz Dadaşov Bişkekə (Qazaxıstan) yola düşmüşlər. Daha sonra onlar helikopterlə Cənub İnılçek buzlaqda yerləşən baza düşərgəsinə çatdırılmışlar. Avqustun sonunadək alpinistlərimiz “Xan Tenqri” və “Qələbə” piklərinə yürüş etməyi planlaşdırırlar.

S.Məmmədov və F.Dadaşov Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir. Qarşıdakı sözügedən zirvələr fəth olunduğu halda idmançılarımız “Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır.

“Qar bəbiri” adına, yarım əsirlik tarixi ərzində 621 alpinist layiq görülmüşdür. Qeyd edək ki, bu titula Azərbaycanın tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.