ELM VƏ TƏHSİL


“Azərbaycan arxeologiyası” jurnalının yeni nömrəsi çapdan çıxıb

Bakı, 24 yanvar, AZƏRTAC

Xəzər Universitetinin nəşri olan “Azərbaycan arxeologiyası” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu buraxılışı görkəmli Azərbaycan arxeoloqlarından biri, tarix elmləri doktoru, professor Qara Əhmədovun 90 illiyinə həsr edilib.

Oxucular nəşrin bu nömrəsində yerli arxeoloqlarla yanaşı, xarici arxeoloqlar Andreas Şaxner, Sergey Boçarov və Ayrat Sitdikovun məqalələri ilə tanış ola bilərlər. Nəşrdə, həmçinin arxeoloqlar Qüdrət İsmayılovun, Tarix Dostiyevin, Emil İsgəndərovun, Rəşid Bəşirovun, Xaqani Həbibovun, Şəhla Nuruzadənin məqalələri yer alıb.

Jurnalın ikinci hissəsini xronikalar təşkil edir. Xronikada müxtəlif vaxtlarda keçirilən beynəlxalq konfranslar haqqında məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.