Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan arxeologiyası: uğurlar, problemlər, vəzifələr

Azərbaycan arxeologiyası: uğurlar, problemlər, vəzifələr

Bakı, 27 iyul, AZƏRTAC

Keçən əsrin 50-ci illərinə qədər Azərbaycan ərazisindəki erkən insan məskənlərinin ən çoxu 4-5 min il yaşı olduğu belə şübhə ilə qarşılanırdı. Başqa sözlə, Azərbaycan ərazisində qədim insan düşərgələrinin olmadığı və burada heç vaxt ibtidai insanların yaşamadığı güman edilirdi. Lakin keçən əsrin 50-ci illərindən etibarən istedadlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində bir-birinin ardınca aşkar olunan mağara düşərgələri o vaxtadək güman edilən 4-5 minillik tariximizi birdən-birə 2-2,5 milyon ilədək qədimləşdirməyə imkan verdi. Azərbaycan ərazisində, həm də məhz Azərbaycan alimləri tərəfindən elmə gətirilən “Quruçay”, “Şomutəpə”, “Leylatəpə”, “Kür-Araz”, “Xocalı-Gədəbəy”, “Boyalı qablar”, “Muğan” və bir sıra digər arxeoloji mədəniyyətlər təkcə respublikamızın deyil, bütövlükdə Qafqaz və ona qonşu olan ölkələrin arxeoloqlarının da sonrakı illərdə aparmış olduqları tədqiqatlar üçün bir növ ipucu oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, vəzifələr” məqaləsində yer alıb.

Məqalədə vurğulanır ki, ulu öndər Heydər Əliyevin tariximizin qədim dövrlərini özündə yaşadan arxeoloji abidələrə olan həssas və qayğıkeş münasibəti nəsillərə örnək olası bir nümunədir: “Təsəvvür edin, 1969-cu ildə hakimiyyətə gəlişindən az sonra o, Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası rəhbərliyinə respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin uçotunun aparılması barədə tapşırıq verib. Bu iş həyata keçirilərkən çoxsaylı yeni abidələrin qeydiyyata alınması ilə yanaşı, o da məlum olub ki, əvvəllər dövlət qeydiyyatında olan bir sıra nadir maddi mədəniyyət nümunələrimiz müəmmalı şəkildə yoxa çıxıb. Neçə-neçə abidələrin təyinatını və mənsubiyyətini bildirən yazı və simvollar sındırılıb, dağıdılıb və ya onların “erməniləşdirilməsinə” cəhdlər olunub. Sən demə, sovet təbliğat maşını hər yerdə xalqlar dostluğundan bəhs etdiyi bir vaxtda ermənilər Azərbaycan abidələri hesabına özlərinə saxta tarix yaratmaqla məşğul imişlər.

1977-ci ilin sonlarında Mingəçevirdən Qəbələ RLS-ə çəkilən yüksək gərginlikli elektrik xətti ilkin layihəyə görə, qədim Azərbaycan dövləti Albaniyanın paytaxtı olan Qəbələ şəhəri qalıqlarının olduğu ərazidən keçməli imiş. İnşaatçılar bu işi görərkən arxeoloq alimlər etiraz ediblər. Vəziyyətdən xəbər tutan Heydər Əliyev məsələni hərtərəfli araşdırmaq məqsədilə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun sədrliyi ilə oraya dövlət komissiyası göndərib. Komissiyanın hazırladığı 13 yanvar 1978-ci il tarixli arayış Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarılıb və cavabdeh şəxslərə vəzifə səlahiyyətlərini icra edərkən yol verdikləri səhlənkarlığa, qətiyyətsizliyə və prinsipsizliyə görə ciddi partiya cəzası verilib. MK bürosunun qərarında, həmçinin qədim paytaxt şəhərinin sel sularının dağıdıcı təsirindən qorunması, orada tədqiqatların intensivləşdirilməsi və dövlət qoruğu elan olunması məsələləri öz əksini tapıb. Gəlin etiraf edək ki, Azərbaycan dövləti ölkə ərazisindəki abidələrin arxeoloji cəhətdən öyrənilməsi, onların qorunması və təbliği üçün nə lazımdırsa hamısını edib və bu gün də etməkdədir. Uzun illərdir ki, ali məktəblərimizin tarix fakültələrində arxeologiya müstəqil fənn kimi tədris olunur. Bakı Dövlət Universitetində Arxeologiya kafedrası, AMEA-nın tərkibində isə Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Arxeologiya muzeyi, habelə respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya və fondlarında yüz minlərlə arxeoloji material mühafizə və nümayiş olunmaqdadır. Hər il arxeologiya ixtisası üzrə neçə-neçə istedadlı gənc doktorantura və dissertanturaya qəbul olunur. Azərbaycanda arxeologiya ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq dissertasiya şurası fəaliyyət göstərir. Hər il həmin şura vasitəsilə neçə-neçə elm adamı öz dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alır.

Diqqətəlayiq haldır ki, ölkəmizdə hər il təqribən 40-a yaxın ekspedisiya ayrı-ayrı bölgələrdə Qədim Daş dövründən tutmuş Son Orta əsrlərədək olan abidələrdə arxeoloji tədqiqat işləri aparır. Son illər arxeoloji ekspedisiyaların maddi-texniki şəraiti və maliyyə təchizatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, ekspedisiyaların səmərəli işlənməsi üçün hər il dövlət büdcəsindən çox sanballı məbləğdə vəsait ayrılır. Bundan əlavə, ölkə Prezidenti və respublika hökuməti tərəfindən bu məqsədlə vaxtaşırı maliyyələr ayrılır.

Prezidentin Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinə səfəri, bölgələrə səfərləri çərçivəsində rayon və şəhərlərimizdəki tarix-diyarşünaslıq muzeyləri ilə tanış olması, Qəbələ Arxeoloji Mərkəzinin və Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirakı da bu elm sahəsinə olan maraq və diqqətdən xəbər verir. Azərbaycan arxeoloqları hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə minnətdardırlar.

Hər kəsə bəlli olduğu kimi, müstəqillik illərində ölkəmizdə arxeoloji abidələrin dövlət tərəfindən mühafizəsini təmin edən mükəmməl qanunvericilik bazası yaradılıb. Lakin təəssüf hissi ilə onu da bildirməliyik ki, bir sıra hallarda müvafiq dövlət orqanlarının və ayrı-ayrı vəzifəli şəxslərin biganəliyi və səhlənkarlığı üzündən hələ də bu sahədə qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğu hallarla rastlaşırıq. İnşaat və təsərrüfat işləri zamanı arxeoloji abidələrin dağıdılması hallarına xüsusilə tez-tez rast gəlinir. Bu da hər şeydən öncə, iki səbəbdən baş verir. Birincisi, ölkə ərazisindəki arxeoloji abidələrin qeydiyyata alınması, inventarlaşdırılması, onların mühafizə zonasının müəyyənləşdirilməsi işi hələ də tələb olunan səviyyədə deyil. Yəni geniş ictimaiyyət bir yana qalsın, hətta bir çox yerli hakimiyyət orqanları belə hələ də onların xidməti ərazisində konkret olaraq hansı arxeoloji abidələr olduğu barədə yetərincə məlumatlı deyil. Məhz bu səbəbdən də yerlərdə torpaq islahatı həyata keçirilərkən bir çox mühüm əhəmiyyətli arxeoloji abidələr pay torpaq sahəsi kimi ayrı-ayrı vətəndaşların xüsusi mülkiyyətinə verilib. Vətəndaşlar da həmin torpaqlardan istifadə edərkən təbiidir ki, arxeoloji abidələr bu və ya digər dərəcədə dağıntıya məruz qalır, beləliklə də uzaq keçmişimizin yadigarları olan çoxsaylı maddi mədəniyyət nümunələri sındırılaraq məhv edilir.

Təəssüf hissi ilə bildiririk ki, uzun illər ərzində elmi tədqiqatlar yolu ilə toplanan, habelə təbii dağıntılar, inşaat və təsərrüfat işləri zamanı üzə çıxan və tariximizin bütün dövrlərinin daha dərindən və hərtərəfli araşdırılması üçün nadir mənbəşünaslıq bazası olan maddi mədəniyyət nümunələri dağınıq və pərakəndə vəziyyətdə saxlanılır. Mütəxəssislər hesab edirlər ki, şəraitindən asılı olmayaraq istənilən zirzəmi arxeologiya fondu üçün əsla yararlı yer hesab edilə bilməz. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər, həm də daha ciddi tərəfi ondadır ki, əksəriyyəti fraqmentlər halında tapılan və çox çətinliklə konservasiya və bərpa olunan arxeoloji materiallar, xüsusən də dəmir, keramika, şüşə, sümük və toxuculuq məmulatı nümunələri bəzən sadəcə yerindən tərpədildikdə belə dağılıb məhv olmaq təhlükəsi yaranır”.

Məqalədə bu problemləri aradan qaldırmaqla Azərbaycanda arxeologiya elminin inkişafını təmin etmək, tarixi-mədəni yadigarların olduğu kimi, yəni dağıntısız və itkisiz şəkildə gələcək nəsillərə ötürülməsi üçün qarşıda duran ən ümdə vəzifələrdən də bəhs olunub. Alim bildirib ki, təxirə salınmadan respublika ərazisində mövcud olan bütün arxeoloji abidələrin müfəssəl uçotu və qeydiyyatı aparılmalı, onların mühafizə zonası müəyyənləşdirilməli, pasportlaşdırılmalı, müvafiq xəritələr işlənməli və nəhayət, onların mühafizəsi təşkil olunmalıdır. Torpaq islahatı zamanı naşılıq, məsuliyyətsizlik və ya başqa bir səbəb ucbatından pay torpaq sahəsi olaraq vətəndaşların şəxsi mülkiyyətinə verilmiş ərazilərdəki, habelə islahatdan sonrakı dövrdə aşkar olunmuş xüsusilə mühüm əhəmiyyətli arxeoloji abidələrin taleyinə aydınlıq gətirilməlidir. Respublikanın ayrı-ayrı muzey və fondlarında, şəxsi kolleksiyalarda pərakəndə halda, həm də münasib olmayan şəraitdə saxlanılmaqda olan zəngin arxeoloji tapıntıları bir yerə toplamaqla vahid mərkəzləşdirilmiş arxeoloji fond və arxeologiya muzeyinin yaradılmasının da vaxtı çatıb. Bundan başqa, dağınıq, epizodik və məhəlli xarakter daşıyan və əslində, ciddi elmi məqsəd və nəticələrə hesablanmayan 3-4 nəfərlik heyətdən ibarət çoxsaylı xırda ekspedisiyalar əvəzində genişplanlı kompleks ekspedisiyaların təşkili praktikasına üstünlük verilməlidir. Arxeoloji tədqiqatların səmərəsini artırmaq, bütövlükdə respublikada arxeologiya elminin inkişafını təmin etmək naminə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunun təkmilləşdirilməsi, arxeologiyaya dair əsərlərin və dissertasiyaların elmi səviyyəsinin qaldırılması, bu sahədəki səthilik, qeyri-peşəkarlıq kimi neqativ halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməldir. Elmi şuralar tərəfindən dissertasiya mövzuları müəyyənləşdirilərkən mütləq surətdə Azərbaycan arxeologiya elminin prioritetləri əsas götürülməlidir. Arxeoloji irsin təbliği istiqamətində maarifçilik işi genişləndirilməlidir. Uzun müddətdir ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşriyyat planında olan “Azərbaycan arxeologiyası” çoxcildliyinin son illərinin ən yeni elmi nailiyyətləri nəzərə alınmaqla tamamlanaraq nəşrinin təmin olunması, ölkə ərazisində mövcud olmuş qədim dövlətlər, antik və orta əsr şəhərləri, memorial abidələr və müdafiə tikililəri haqqında yeni və daha sanballı əsərlər işlənməlidir.

Arxeologiyaya dair proqram və dərsliklərin yenilənməsi, arxeologiya fənnin ayrılan saatların və praktik məşğələlərin miqdarının nəzərəçarpacaq dərəcədə artırılması və nəhayət, tədris planlarında hansı formadasa Azərbaycan arxeologiyasının əsaslarına dair fənnin yer alması kimi vacib məsələlər də öz həllini tapmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI