MƏDƏNİYYƏT


Azərbaycan aşıqları Litvada keçirilən folklor festivalında iştirak edirlər

Vilnüs, 12 oktyabr, AZƏRTAC

Vilnüsdə “Pokrovskiye kolokola” XII beynəlxalq folklor festivalı başlanıb. Oktyabrın 15-dək davam edəcək festivalda 10 ölkənin folklor kollektivləri iştirak edir. Pedaqoqların, xalq ənənələrini araşdıranların təcrübə mübadiləsi aparacağı bu festivalda Belarus, Estoniya, Gürcüstan, Polşa, Litva, Rusiya, Slovakiya, Ukrayna və başqa ölkələrin kollektivləri çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı aşıqlardan Əli Quliyev, Samirə Əliyeva və nağaraçı Asim Quliyev təmsil edirlər. Festivalın birinci günü Azərbaycan sənətçiləri incəsənətin bu növünün korifeyi Aşıq Ələsgərin yaradıcılığına müraciət ediblər. Folklor festivalında musiqiçilər saz çalmaq, vokal və aktyorluq imkanlarını nümayiş etdirirlər.

Festival çərçivəsində tanınmış mütəxəssis-etnoqrafların ustad dərsləri, sərgilər, xalq sənəti nümunələri və kulinar irsinə aid yarmarkalar, tələbə və şagirdlər üçün proqramlar, “dəyirmi masa”da müzakirələr, xalq rəqsləri axşamları təşkil olunacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.