İDMAN


Azərbaycan atleti Anna Skidan Avropa çempionatında finala yüksəlib

Bakı, 16 avqust, AZƏRTAC

Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında Azərbaycan atleti Anna Skidan uğurla çıxış edərək finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, o, çəkicatma növünün təsnifat mərhələsində 74,57 metr nəticə göstərib.

Bu, Skidanın mövsümdəki ən yaxşı göstəricisi olub.

Yarışın finalı avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.