İDMAN


Azərbaycan atleti Anna Skidan Olimpiya Oyunlarında mübarizəni dayandırıb

Bakı, 1 avqust, AZƏRTAC

Tokio Olimpiadasının çəkicatma yarışında mübarizə aparan Azərbaycan atleti Anna Skidan təsnifat mərhələsində 69,57 metrlik nəticə göstərib.

AZƏRTAC xəbər verir ki, bu göstərici təmsilçimizin növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib. A.Skidan 16 atletin mübarizə apardığı A qrupunda səkkizinci yeri tutaraq Olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası ilk medalını “Tokio-2020”nin səkkizinci günündə qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. İdmançımız finala vəsiqə uğrunda bu gün kubalı Arlen Lopez ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.