İDMAN


Azərbaycan atleti “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycanın gənc atleti Rüstəm Məmmədov Belarusda keçirilən 20 yaşadək idmançılar arasında “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, idmançımız üç təkanla tullanma növündə 15,83 metr nəticə göstərərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Turnirdə ölkəmizi Aleksey Əliəkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər.

İdmançılarımız turnirdə qaçış (60 m, 400 m, 1500 m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında öz qüvvələrini sınayırlar.

Qeyd edək ki, turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.