İDMAN
Azərbaycan atleti Sabir Kazımov NPC-nin ilk Avropa çempionatında uğurla çıxış edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan idmançısı Sabir Kazımov NPC-nin (Milli Bədən Tərbiyəsi Komitəsi) təşkilatçılığı ilə bodibildinq və fitness üzrə ilk Avropa çempionatında uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, idmançımız mens fizik və klassik fizik kateqoriyalarında 183 santimetrdən yuxarı idmançıların yarışında iştirak edib.
Mens fizik yarışlarında mübarizə aparan S.Kazımov bürünc medal qazanıb. İlk dəfə çıxış etdiyi klassik fizik yarışlarında isə həmyerlimiz altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, həmyerlimiz ötən il Almaniyada təşkil olunan beynəlxalq turnirdə gümüş medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]