İDMAN


Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb

Bakı, 15 iyul, AZƏRTAC

Serbiyanın Kralyevo şəhərində keçirilən atletika üzrə yeniyetmələr arasında Balkan çempionatına yekun vurulub.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılarımızdan Sabrina Zralova üç təkanla tullanma yarışında 12,59 metr nəticə ilə gümüş medal qazanıb.

Digər idmançılarımız Çingiz İsrafilov, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə və Teymur Salahzadənin çıxışları uğursuz olub.

Atletlərimiz məşqçi Nazim İsrafilovun rəhbərliyi ilə qüvvələrini sınayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.