İDMAN


Azərbaycan badmintonçusu Avropa çempionatında mübarizəni dayandırıb

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, çempionata onaltıdabir final mərhələsindən qoşulan badmintonçumuzun rəqibi niderlandlı Yoran Kvikel olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən görüşün ilk setində Edi rəqibini 26:24 hesabı ilə üstələməyi bacarıb. İkinci setdə 16:21 hesabı ilə uduzan badmintonçumuz həlledici 3-cü seti 14:21 hesabı ilə geridə bitirib.

Qeyd edək ki, turnirdə 39 kişi və 40 qadın badmintonçu iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.