İDMAN
Azərbaycan badmintonçusu Portuqaliyada keçirilən beynəlxalq turnirdə iştirak edib
Bakı, 10 may, AZƏRTAC
Badminton üzrə milli komandamızın üzvü Edi Reski Dviçayo Portuqaliyanın Kaldaş-da-Rainya şəhərində keçirilən “56 Portuguese International Championships” turnirində çıxış edib.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşdə isveçrəli Kristian Kirçmayerə 2:0 (21:13, 21:15) hesabı ilə qalib gəlib.
Səkkizdəbir finalda Danimarka təmsilçisi Ditlev Yager Holmla qarşılaşan idmançımız turnirin qalibinə 0:2 (7:21, 13:21) hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]