İDMAN
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
Bakı, 22 iyul, AZƏRTAC
Badmintonçumuz Edi Reski Dviçayo Qananın paytaxtı Akkra şəhərində keçirilən "2019 JE Wilson International Series" turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan təmsilçimiz onaltıdabir finalda hindistanlı Abişek Yeligarı 2:0 hesabı ilə məğlub edib. İdmançımız növbəti mərhələdə Nigeriya badmintonçusu Anuoluvapo Juvon Opeyori üzərində 2:0 hesablı qələbə qazanıb. E.Dviçayo dörddəbir finalda Hindistanın digər təmsilçisi Siddhart Pratap Singhlə görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. O, finala yüksəlmək uğrunda görüşdə polşalı Mixal Roqalskini yolundan kənarlaşdırıb. Badmintonçumuz rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Dviçayo həlledici görüşdə hindistanlı Kiran Corca 0:2 hesabı ilə uduzub.
Yarışın gümüş medalını qazanan E.Dviçayo aktivinə 2130 reytinq xalı yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]