İDMAN
Azərbaycan badmintonçusu beynəlxalq turnirin dörddəbir finalında mübarizəni dayandırıb
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Qazaxıstanın Uralsk şəhərində keçirilən “CONDENSATE Kazakhstan International Series 2019” turnirində çıxış edib.
AZƏRTAC xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan idmançımız ilk görüşdə Qazaxıstan badmintonçusu Vyaçeslav Vlassova 2:0 hesabı ilə qalib gəlib. E.Dviçayo səkkizdəbir final mərhələsində Avstraliya təmsilçisi Keiz Mark Edisonu 2:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb. Badmintonçumuzun dörddəbir finalda turnirin qalibi olmuş Ditlev Yaeqer Holm ilə görüşü üç set davam edib. E.Dviçayo gərgin keçən oyunda danimarkalı rəqibinə 1:2 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]