İDMAN
Azərbaycan badmintonçusu ikinci Avropa Oyunlarına qələbə ilə başlayıb
Minsk, 24 iyun, AZƏRTAC
Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarının badminton yarışlarının birinci günü Azərbaycan təmsilçisi üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, yarışların birinci günündə kişi badmintonçuların fərdi mübarizəsində qrup mərhələsinin oyunları başlayıb. Bu yarışda Azərbaycanı təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda ilk oyununu keçirib. Rumıniya idmançısı Kollins Valentin Filimon ilə qarşılaşan idmançımız qalib gəlib - 2:1 (21:19, 18:21, 21:10). Təmsilçimiz qrupda iyunun 25-də lüksemburqlu Robert Mann, bir gün sonra isə Rusiya idmançısı Vladimir Malkov ilə qarşılaşaq.
Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir finala vəsiqə qazanacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk