İDMAN


Azərbaycan basketbolçusu karyerasını İspaniyada davam etdirəcək

Azərbaycan basketbolçusu karyerasını İspaniyada davam etdirəcək

Bakı, 4 iyul, AZƏRTAC

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisinin üzvü Aleks Mollenhauer karyerasını İspaniyada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, hücumçu "Leqanes" klubu ilə birillik müqavilə imzalayıb.

Basketbolçumuz son mövsümü Tələbə İdmanı Milli Assosiasiyasında (NCAA) mübarizə aparan Anderson Universitetində keçirib. O, ikinci divizionda hər oyunda orta hesabla 19,7 xal, 8,2 topalma və 3,4 ötürməyə imza atıb.

Azərbaycanın 3x3 yığmasının üzvü NCAA ikinci divizionunda mövsümün rəmzi komandasına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.