İDMAN


Azərbaycan batutçusu: Əsas hədəfim ikinci Avropa Oyunlarında mükafatçılar arasında yer almaqdır

Bakı, 16 fevral, AZƏRTAC

Dünya Kuboku yarışlarında fərdi proqramda çıxışım uğurlu olmadı. Ancaq əsas hədəfim Minskdə təşkil olunacaq ikinci Avropa Oyunlarında mükafatçılar arasında yer almaqdır.

Bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında iştirak edən batutçumuz, Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya AZƏRTAC-a müsahibəsində deyib.

İyunda Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında batut gimnastikasının iki növü üzrə çıxış edəcəyini deyən V.Zemlyanaya “Minsk 2019”a ciddi hazırlaşdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.