İQTİSADİYYAT


Azərbaycan beş ölkəyə fındıq və konservləşdirilmiş məhsullar ixrac edəcək

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan beş ölkəyə fındıq və konservləşdirilmiş məhsullar ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisi başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb. Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.