Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanıb

Astara, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 18-də ölkəmizin cənub bölgəsində Dövlət Müstəqilliyi Günü təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan” mövzusunda tədbirin iştirakçıları Mərkəzin foyesində rəsm sərgisi ilə tanış olub, sənədli filmə baxıblar.

Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova rayon sakinlərini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqı özünün tarixi nailiyyəti olan dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü təntənə ilə bayram edir. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edildiyini vurğulayan Y.Rəsulova 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı nicat yolunu sınanmış lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Xalq özünün xilaskarına üz tutaraq, onu təkidlə yenidən siyasi rəhbərliyə qayıtmağa çağırdı.

Doğma xalqına qəlbən bağlı olan Ulu Öndər ömrünün qalan hissəsini də xalqına bağışladı. Ümummilli Lider 1993-cü ilin 15 iyunundan başlayaraq milli dövlətçiliyimizi tarixi düşmənlərin qəsdindən qorumaq və onu rəvan inkişaf yoluna çıxarmaq üçün nəsillərə örnək olan tarixi fəaliyyətə başladı.

Bildirildi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz tərəqqi yolundadır. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ildən-ilə artır. Regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu işdə mühüm rol oynayır. Bunu Lənkəran rayonunun timsalında da görmək mümkündür.

Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Elşad Axundovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, rayon təhsil şöbəsinin metodiki mərkəzin direktoru Emin Fətəliyev Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi töhfələrdən, 26 illik müstəqillik dövründə ölkəmizin daxili və xarici siyasətində qazanılmış uğurlardan söz açıblar.

X   X   X

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr olunmuş “Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən Mərkəzin direktoru Reyhanə Sadıxova bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi tariximizdə əbədiyaşarlıq qazanıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Lənkəran şəhər 5 nömrəli məktəbin direktor müavini Cəfər Fətullayev və Rvo kənd orta məktəbinin müəllimi Samirə Quliyeva çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bugünkü inkişafından qürur hissi keçirdiklərini, müstəqil respublikamızın sabahının daha firavan olacağına əminliklərini bildiriblər.

Tədbirdə Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin bədii-qiraət dərnəyinin üzvləri Dövlət Müstəqilliyi Gününə həsr olunmuş şeirlər ifa ediblər.

X   X   X

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Aybəniz Qafarova rayon sakinlərini əlamətdar gün - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Xalqın illər boyu özündə yaşatdığı istiqlal ideyasını gerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışan A.Qafarova bildirib ki, XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktını qəbul edən parlament, hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində respublikamızın regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanıb və Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın yüksək inkişafını Masallı rayonun timsalında da görmək olar. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin sentyabrın 3-də Masallıya növbəti səfəri zamanı əhali ilə görüşü, bir sıra obyektlərin açılışında iştirak etməsi rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.

Çıxış edənlər müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və onun qorunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıblar.

X   X   X

Dövlət Müstəqilliyi Günü Cəlilabadda da qeyd olunub.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin xidmətlərini diqqətə çatdırıb. O, Ümummilli Liderin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi, Cəlilabadda da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Toplantıda çıxış edənlər ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirib, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmətlərindən söz açıblar.

X   X   X

Lerikdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev 1990-cı illərdə ölkədə yaranmış xaos və anarxiyadan bəhs edib, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsində xidmətlərindən söz açıb.

C.Baxşıyev Ulu Öndərin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atdığı addımların, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatlarının, insan hüquq və azadlıqlarının təminatı sahəsində əldə olunan uğurların bugünkü güclü Azərbaycanın gələcək inkişafını təmin etdiyini bildirib.

Toplantıda YAP Lerik Rayon Təşkilatının Gənclər Birliyinin sədri Nüsrət Kərimovun Dövlət Müstəqilliyi Günü ilə bağlı məruzəsi dinlənilib.

YAP Lerik Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Cahani Nüsrətzadə, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Şəms Cabbarova, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxışlarında qeyd ediblər ki, keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI