MƏDƏNİYYƏT
Azərbaycan beynəlxalq musiqi yarışmasında iştirak edəcək
Astana, 25 sentyabr, АZƏRTAC
Qazaxıstanda “Silk Way Star” (“İpək yolunun ulduzları”) beynəlxalq musiqi yarışması keçiriləcək. Sentyabrın 30-da start veriləcək yarışmada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və digər ölkələrdən ifaçılar iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan QRTR” Səhmdar Cəmiyyəti tərəfindən keçirilən beynəlxalq musiqili yarışması iştirakçı ölkələrin televiziya kanallarında yayımlanacaq.
Layihənin konsepsiyasına əsasən iştirakçılar təmsil etdikləri ölkələrin mahnıları ilə yanaşı, qazax bəstəkarlarının da mahnılarına müraciət edəcəklər.
Yarışmanın münsiflər heyətində beynəlxalq səviyyədə tanınan məşhur müğənnilər və prodüserlər yer alıb.
Üç ay davam edəcək layihənin sonunda qalib iştirakçıların və dəvət olunmuş ulduzların iştirakı ilə qala-konsert təqdim olunacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]