SİYASƏT


Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib

Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib

Bakı, 22 may, AZƏRTAC

Nəqliyyat və kommunikasiya xətlərinin, tranzit marşrutlarının diversifikasiyası və gələcək inkişafı, dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

Sahibə Qafarova vurğulayıb ki, nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli və beynəlxalq hüquqi müddəalardakı boşluqların və çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi Orta Dəhliz boyunca ticarət əlaqələrini və biznes fəaliyyətini daha da genişləndirəcək.

“Parlament diplomatiyası ATƏT regionunda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün əvəzolunmazdır. Bu diplomatiyanın təməl daşı Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət olmalıdır”, - deyə S.Qafarova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.