İDMAN
Azərbaycan birinci Avropa Oyunlarının qadın güləşi yarışında daha bir qızıl medal qazanıb [YENİLƏNİB]
İkiqat Avropa çempionu Nataliya Sinişin ilk görüşündə İtaliya təmsilçisi Patrizia Liuzziyə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimizin növbəti rəqibi türkiyəli Bediha Gün olub. Rəqibinin kürəyini xalçaya vuran Avropa çempionumuz yarımfinalda isveçli Sofia Matson ilə qarşılaşıb. İsveçli rəqibinə məğlub olan Nataliya Sinişin birinci Avropa Oyunlarının bürünc medalı uğrunda görüşdə ukraynalı Tatyana Kitə qalib gəlib və yarışı üçüncü pillədə başa vurub.
13:21
Birinci Avropa Oyunlarının dördüncü gününün finalçıları müəyyənləşib. Belə ki, "London-2012" Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu, "Bakı-2015"-in idman elçisi Mariya Stadnik (48 kq) bolqarıstanlı Elitsa Yankova, Polşa təmsilçisi Katarjina Kravçik (55 kq) isveçli Sofia Mattsson, Rusiya güləşçisi Svetlana Lipatova (60 kq) Marianna Sastin (Macarıstan), israilli İlana Kartiş (69 kq) Ukrayna idmançısı Alina Maxina Stadnik ilə qarşılaşacaq.
İkiqat Avropa çempionu Nataliya Sinişin bürünc medal uğrunda ukraynalı Tatyana Kit ilə üz-üzə gələcək.
12:04
Yarımfinalda polşalı İvona Matkovskanı məğlub edən birinci Avropa Oyunlarının idman elçisi Mariya Stadnik qızıl medal uğrunda Valentina Brik İslamova (Rusiya) - Elitsa Yankova (Bolqarıstan) qarşılaşmasının qalibi ilə mübarizə aparacaq.
11:51
Nataliya Sinişin yarımfinalda isveçli Sofia Mattssona məğlub olub. O, birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq.
11:45
Fransalı Julie Sabatie ilə qarşılaşan Mariya Stadnik tam üstünlüklə rəqibinə qalib gəlib. O, yarımfinalda İvona Matkovski ilə üz-üzə gələcək.
11:25
İkiqat Avropa çempionu Nataliya Sinişin ilk görüşündə İtaliya təmsilçisi Patrizia Liuzziyə qalib gələrək dörddəbir mərhələyə yüksəlib. Güləşçimizin növbəti rəqibi türkiyəli Bediha Gün olub. Rəqibinin kürəyini xalçaya vuran Avropa çempionumuz yarımfinalda isveçli Sofia Mattsson ilə qarşılaşacaq.
10:53
“London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. “Bakı-2015”-in idman elçisi olan güləşçimiz portuqaliyalı Lilian Santosa qalib gələrək dörddəbir final mərhələsinə adlayıb.
Növbəti mərhələdə güləşçimiz fransalı Julie Sabatie ilə qarşılaşacaq.
10:42
İkiqat Avropa çempionu Nataliya Sinişin (55 kq) ilk görüşündə İtaliya təmsilçisi Patrizia Liuzziyə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimizin növbəti rəqibi türkiyəli Bediha Gün olacaq.
Yuliya Ratkeviç (60 kq) isə ilk görüşdə bolqarıstanlı Taybe Yuseinə məğlub olub.
10:23
Bakı, 15 iyun, Səxavət Quliyev, Rəşad İsmayılov, AZƏRTAC
İyunun 15-də “Bakı-2015” birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, güləş yarışlarının üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Mariya Stadnik (48 kq) portuqaliyalı Lilian Santos, Nataliya Sinişin (55 kq) İtaliya təmsilçisi Patrizia Liuzzi, Yuliya Ratkeviç (60 kq) bolqarıstanlı Taybe Yusein, Nadya Muşka (69 kq) isə Rusiya idmançısı Nataliya Vorobyova ilə qarşılaşacaq.
Qeyd edək ki, güləş yarışlarının ilk iki günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci Avropa Oyunlarında ümumlikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.