İDMAN


Azərbaycan birinciliyi: 9 çəki dərəcəsində dörddəbir finala yüksələn boksçular bəlli olub

Bakı, 19 iyun, AZƏRTAC

Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyində üçüncü günə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusunun qatıldığı yarışda bu gün 64 döyüş baş tutub.

Görüşlərdən sonra 9 çəki dərəcəsində 1/4 finalçıların adlarına aydınlıq gəlib. Digər çəkilərdə 1/8, həmçinin 5 çəkidə 1/4 final mərhələsinin qarşılaşmaları iyunun 19-da təşkil olunacaq. Görüşlərə saat 13:00-da start veriləcək.

Qeyd edək ki, yarışın qaliblərinin adları iyunun 22-də bəlli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.