İDMAN


Azərbaycan birinciliyində finala çıxan boksçular müəyyənləşib

Bakı, 22 iyun, AZƏRTAC

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

Oğlanlar arasında 16, qızlar arasında 2 çəki dərəcəsində 36 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq. Oğlan boksçular arasında 16, qızlarda isə 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.