İQTİSADİYYAT


Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər

Moskva, 10 oktyabr, AZƏRTAC

Azərbaycan biznesmenləri biznes missiya ilə Rusiyanın Bryansk vilayətində olacaqlar.

Bryansk vilayətinin İdxalın Dəstəklənməsi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfərdən məqsəd azərbaycanlı biznesmenlərin işgüzar tərəfdaşlar tapmasıdır. Burada keçiriləcək görüşlərdə əməkdaşlığın müxtəlif variantları ətrafında fikir mübadiləsi aparılacaq. Oktyabrın 21-də Bryanskda keçiriləcək görüşdə iqtisadi inkişaf üzrə regional departamentin əməkdaşları da iştirak edəcəklər. Həmin gün işgüzar danışıqların aparılacağı Rusiya-Azərbaycan əlaqələri birjasının da açılışı olacaq. Artıq Azərbaycanın iki böyük ticarət şəbəkəsi – “Spar” və “Araz” həmin görüşlərdə iştiraklarını təsdiq ediblər.

Xatırladaq ki, avqustda Bryansk şirkətləri Azərbaycanda keçirilən analoji işgüzar missiyada iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.