CƏMİYYƏT


Azərbaycan bocciaçıları bu ay Xorvatiyada keçiriləcək Açıq Regional Çempionatda iştirak edəcəklər

Bakı, 9 mart, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bocciaçılarla görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının gücləndiyi və böyük uğurlar qazandığını qeyd edən nazir bildirib ki, paralimpiya oyunları sırasına daxil olan boccia idman növü üzrə artıq ilk mühüm nailiyyət əldə edilib. Ötən ilin oktyabrında İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edən boccia idman növü üzrə komandamız çempionatı bir qızıl, üç bürünc medalla başa vurub.

Nazir deyib ki, bocciaçılarımız Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələri davam etdirmək əzmi nümayiş etdirirlər. Hazırda ölkəmizin üç bocciaçısı - Bəhruz Mirzəyev, Zaur Veysəlov və Xəyal İslamov bu ay Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlaşırlar. Nazir qarşıdakı yarışda onlara uğurlar arzulayıb.

Sonra Sahil Babayev mərkəzdə boccia idman növü ilə məşğul olanlara göstərilən xidmət və məşq şəraiti, Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlıq prosesi ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.