İDMAN


Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar

Bakı, 18 mart, AZƏRTAC

Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev (+91) Avropa çempionu adına layiq görülüb. Boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurka 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub.

Xatırladaq ki, turnirin əvvəlki günlərində Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) bürünc medala sahib olublar.

Beləliklə, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü yerdə qərarlaşıb. Yarışda Rusiya boksçuları (7 qızıl) birinci, Bolqarıstan idmançıları (2 qızıl, 1 gümüş) ikinci, Ukrayna təmsilçiləri (1 qızıl, 3 bürünc) isə üçüncü yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.