İDMAN


Azərbaycan boksçuları Bolqarıstanda “Strandja” turnirində mübarizə aparacaqlar

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 13-dən 20-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 70-ci dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar on çəki dərəcəsində güclərini sınayacaqlar.

Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu Sofiyada Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev isə “Strandja” turnirində üç idmançını sınaqdan keçirəcək. Bolqarıstanda Anaxanım Ağayeva (51 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.