İDMAN


Azərbaycan boksçusu Avropa çempionatında mərhələ adlayıb

Bakı, 12 mart, AZƏRTAC

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında dördüncü günün döyüşləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda Azərbaycan millisinin daha üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91) ilk döyüşünü qələbə ilə başa vurub. Həmyerlimiz gürcüstanlı Giorgi Tçikladzedən üstün olub – 5:0. M.Abdullayev martın 13-də dörddəbir finalda rusiyalı Vladislav Muravin ilə üz-üzə gələcək.

Komandamızın digər üzvü Əflatun Babayevin (56 kq) debütü uğurlu alınmayıb. Amin Kuşkov (75 kq) da dörddəbir finala gedən yolda büdrəyib.

Martın 12-də qadın boksçular arasında da səkkizdəbir final görüşləri başa çatacaq. Yığmamızın üzvlərindən Günel Rəhimova (48 kq) mərhələ adlamaq üçün rusiyalı Yekaterina Paltçeva ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.