İDMAN


Azərbaycan boksçusu Məhəmməd Abdullayev dünya çempionatında səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, mundialın dördüncü günündə rinqə çıxan boksçumuz Məhəmməd Abdullayev (+92 kq) litvalı rəqibi Yonas Yazeviçiuslə üz-üzə gəlib. On altıdabir final mərhələsi çərçivəsində keçilən görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. O, səkkizdəbir final qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.