İDMAN


Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Bakı, 9 sentyabr (AZƏRTAC). İstanbulda Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi boks turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan boksçularımızdan yalnız Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb. Milli komandamızın üzvü Türkiyə idmançısı Aybukə Kırcaslanı cəmi 10 saniyəyə nokauta salıb.

Əzizə Abbasova (48 kq), Nisə Mehdiyeva (54 kq) və Leyla Həsənova (75 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyiblər. L.Həsənova və Ə.Abbasova İsveç, N.Mehdiyeva isə Bolqarıstan təmsilçisinə məğlub olub.

Kişilərin yarışında ölkəmizi təmsil edən “Gilan” klubunun üzvlərindən Pərviz Hüseynov (69 kq) Türkiyə boksçusu İsgəndər Can Varlığa, Eldar Quliyev isə (75 kq) Hollandiya nümayəndəsi Dan Veledesə uduzub.

Sentyabrın 9-da qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) Aleksandra Kuleşova (Rusiya( ilə, Məhsəti Həmzəyeva (57 kq) Batı Burcu (Türkiyə) ilə, Məryəm Cəbrayılova (64 kq) Kamilla Elgan (Norveç) ilə, Leyla Cavadova (75 kq) isə Nouçka Fontun (Hollandiya) iləüz-üzə gələcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.