ELM VƏ TƏHSİL


Azərbaycan bölməsi üzrə məktəbəhazırlığa cəlb olunmuş 94 min uşağın birinci sinfə qəbulu təmin olunub

Bakı, 26 aprel, AZƏRTAC

Cari tədris ili ərzində 104 min uşaq məktəbəhazırlıq qruplarına qəbul üzrə qeydiyyatdan keçib. Onlardan 9900-ü rus bölməsi, digərləri isə Azərbaycan bölməsi üzrə qruplara cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin I sinfə şagird qəbulu ilə bağlı keçirdiyi onlayn brifinqdə Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

O qeyd edib ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlığa cəlb olunmuş 94 min uşağın birinci sinfə qəbulu təmin olunub. Bu, təxminən 70-75 faiz deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.