İQTİSADİYYAT


Azərbaycan bu il ən çox İtaliyaya xam neft və neft məhsulları ixrac edib

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 3 milyon 630,3 min ton, dəyəri isə 1 milyard 358,1 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Birinci rübdə ölkəmizdən Hindistana 346,1 milyon dollarlıq 845,5 min ton, İspaniyaya 179,8 milyon dollarlıq 517,8 min ton, İsrailə 124,9 milyon dollarlıq 305,6 min ton, Portuqaliyaya 123,6 milyon dollarlıq 312,2 min ton, Ukraynaya 111,4 milyon dollarlıq 339,3 min ton, Çinə 102,5 milyon dollarlıq 277,5 min ton, Britaniyaya 81,1 milyon dollarlıq 180,6 min ton, Belarusa 76,2 milyon dollarlıq 181,5 min ton, Xorvatiyaya isə 61,8 milyon dollarlıq 187,1 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 7 milyon 47,4 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 2 milyard 644,6 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.