İQTİSADİYYAT


Azərbaycan bu vaxtadək AÇG-dən 262 milyon ton mənfəət nefti əldə edib

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 262 milyon ton mənfəət nefti əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən bu vaxtadək Azərbaycanın payına düşən 262 milyon ton mənfəət nefti satılıb. Bu ilin altı ayında isə dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin həcmi 73 faiz təşkil edib", - deyə SOCAR-ın rəsmisi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.