İQTİSADİYYAT


Azərbaycan cari ildə Avropaya hansı həcmdə təbii qaz ixrac edib?

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda ölkəmizdən İtaliyaya dəyəri 243,6 milyon ABŞ dolları olmaqla 1 milyard 152,6 milyon kubmetr, Yunanıstana 32,7 milyon dollarlıq 127,8 milyon kubmetr, Bolqarıstana isə 12,1 milyon dollarlıq 91,9 min kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 804,6 milyon dollarlıq 5 milyard 884,3 milyon kubmetr, Gürcüstana 239,2 milyon dollarlıq 1 milyard 833,6 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, ilin ilk 5 ayında ölkədən ümumilikdə 9 milyard 174,5 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 335,7 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.