İQTİSADİYYAT


Azərbaycan cari ildə ən çox İtaliyaya xam neft və neft məhsulları ixrac edib

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 6 milyon 593,7 min ton, dəyəri isə 2 milyard 756,8 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Yarım ildə ölkəmizdən İspaniyaya 338,9 milyon dollarlıq 865,9 min ton, Hindistana 346,1 milyon dollarlıq 845,5 min ton, İsrailə 322,9 milyon dollarlıq 707,7 min ton, Portuqaliyaya 254,8 milyon dollarlıq 568,4 min ton, Xorvatiyaya 228 milyon dollarlıq 543,5 min ton, Ukraynaya 173,2 milyon dollarlıq 480,8 min ton, Tunisə 178,7 milyon dollarlıq 406,5 min ton, Türkiyəyə 136,5 milyon dollarlıq 326,6 min ton, Kanadaya 140 milyon dollarlıq 278,1 min ton, Çinə 102,5 milyon dollarlıq 277,5 min ton, Tailanda 134,1 milyon dollarlıq 277,1 min ton, Almaniyaya 128,4 milyon dollarlıq 272 min ton, Belarusa 118,8 milyon dollarlıq 270,6 min ton, Böyük Britaniyaya isə 124,6 milyon dollarlıq 270,5 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, 6 ayda Azərbaycan 23 ölkəyə xam neft və xam neft məhsulları göndərib.

Hesabat dövründə Azərbaycandan ümumilikdə 13 milyon 545,8 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 5 milyard 743,6 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.