İQTİSADİYYAT


Azərbaycan cari ildə ən çox hansı ölkəyə xam neft və neft məhsulları ixrac edib?

Bakı, 17 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 5 milyon 496,7 min ton, dəyəri isə 2 milyard 210,5 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Dörd ayda ölkəmizdən Hindistana 346,1 milyon dollarlıq 845,5 min ton, İspaniyaya 332,4 milyon dollarlıq 851,4 min ton, Portuqaliyaya 193,4 milyon dollarlıq 451,1 min ton, Xorvatiyaya 177,1 milyon dollarlıq 444,8 min ton, İsrailə 169,9 milyon dollarlıq 397,4 min ton, Ukraynaya 160,7 milyon dollarlıq 449,8 min ton, Tunisə 148,7 milyon dollarlıq 343,4 min ton, Belarusa 118,8 milyon dollarlıq 270,6 min ton, Çinə isə 102,5 milyon dollarlıq 277,5 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 10 milyon 737,8 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 4 milyard 353 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.