Azərbaycan cərrahları beynəlxalq konqresdə iştirak edirlər
AzerTAg.az
Bakı, 26 oktyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən XIV Hepato Pankreato Beynəlxalq Cərrahiyyə Konqresində dünyanın müxtəlif ölkələrindən 300-dən çox həkim-cərrah iştirak edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə ölkəmizi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, professor Qurbanxan Müslümov, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov, Elvin İsazadə və Niyazi Qənbərli təmsil edirlər.
Azərbaycan cərrahları konqresdə 9 mühazirə və poster çıxışında pankreativ cərrahiyyədə yeniliklər, qaraciyər və öd yollarının cərrahiyyəsi sahəsində əldə edilən uğurlar barədə məlumat veriblər.
Beynəlxalq konqresdə qaraciyər transplantasiyası, qaraciyər kistası, minimal invaziv cərrahiyyəyə dair videolar nümayiş etdirilib, laparoskopik cərrahiyyə və digər mövzular ətrafında müzakirələr aparılıb. Konqresin yekununda yüksək dəyər verilən ən yaxşı elmi işlər mükafatlandırılacaq.


Xəbərin mətnində orfoqrafik səhv var