İDMAN


Azərbaycan çempionatı: Ömər Cavadov 67 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib

Bakı, 21 fevral, Nicat Məmmədov

Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda 67 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında toplam 239 kiloqram (110+129) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 238 kiloqram (111+127) nəticə ilə Murad Əliyev, üçüncü pillədə isə toplam 230 kiloqram (100+130) nəticə ilə Elməddin Hüseynov yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.