İDMAN


Azərbaycan çempionatında gənc şahmatçılar inamlı çıxışları ilə diqqəti cəlb edirlər

Bakı, 8 fevral, AZƏRTAC

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı çempionatda 4-cü turun oyunlarına yekun vurulub. Zeynəb Məmmədyarova ötən turda məğlubiyyətlə üzləşdiyi üçün liderliyi əldən verib. Onu məğlub edən Günay Məmmədzadə 3,5 xalla ilk pillədədir. Aktivlərində 3 xal olan Gövhər Beydullayeva və Ayan Allahverdiyeva sonrakı yerləri tuturlar.

Çempionatda inamlı çıxışı ilə diqqəti cəlb edən 11 yaşlı Səmra Qasımova ötən turda qrossmeyster Türkan Məmmədyarova ilə qarşılaşıb və maraqlı mübarizə şəraitində keçən oyun tərəflərin razılığı ilə heç-heçə başa çatıb. Səmra hazırda 2,5 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Qeyd edək ki, o, çempionatda iştirak edən dörd qrossmeysterin hamısı ilə oynayıb və aktivində 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Növbəti turda isə onu turnir cədvəlinin reytinq favoritlərindən biri olan Xanım Balacayeva ilə oyun gözləyir.

Bu gün keçiriləcək ölkə çempionatının beşinci turunda turnir cədvəlinin lideri Günay Məmmədzadə ondan yarım xal geri qalan Ayan Allahverdiyeva ilə qarşılaşacaq. Perspektivli şahmatçılardan olan Ayan Allahverdiyeva bu yaxınlarda keçirilən kişilərin Azərbaycan çempionatında inamlı çıxışı ilə diqqəti cəlb edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.