İDMAN


Azərbaycan çempionatının XII turunun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun oyunlarına hakim təyinatları açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura noyabrın 22-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Qarabağ” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq görüşü Rauf Cabbarov idarə edəcək.

Noyabrın 23-də baş tutacaq “Səbail”–“Sabah” matçının baş hakimi Səbuhi Bayramov olacaq. Saat 15:00-də start götürəcək görüş “ASCO Arena”da oynanılacaq.

Noyabrın 24-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə”–“Keşlə” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Neftçi”-“Qəbələ” oyunu ilə yekun vurulacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On bir turdan sonra turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 19 xalı olan “Keşlə” ikinci, 18 xalı olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (14), “Səbail” (11), “Zirə” (11), “Sabah” (10) və “Qəbələ” (9) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.