İDMAN


Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Bakı, 1 mart, AZƏRTAC

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Dördüncü dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, martın 2-də qadın voleybolçular arasında Yüksək Liqada X turun oyunları keçiriləcək. Həmin gün ilk olaraq meydana “Azərreyl” və “Murov” klubları çıxacaqlar. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcəklər. Bu oyunun start fiti isə saat 18:00-da çalınacaq.

Kişi voleybolçular arasında Yüksək Liqada X turun oyunları martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK - “Xarı bülbül” dueli start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.