İDMAN


Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirini 2 medalla başa vurublar

Bakı, 17 oktyabr, AZƏRTAC

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, Murad Fətiyev (81 kq) startda Tim Qramkov (Almaniya), Məmmədəli Mehdiyev (90 kq) Aleksis Mathieuya (Fransa) uduzub. Digər təmsilçimiz - 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşangi Kokauri əvvəlcə Emre Sanal (Türkiyə), daha sonra Mbaqnik Ndiayeni (Seneqal) məğlub edərək yarımfinala vəsiqə qazansa da, bu mərhələdə rusiyalı İnal Tasoyevin öhdəsindən gələ bilməyib. Cüdoçumuz üçüncü yer uğrunda isə niderlandlı Yur Spaykersiyə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, komandamız turniri 2 medalla başa vurub. Belə ki, yığmamızın üzvü Balabəy Ağayev (60 kq) “Böyük dəbilqə” turnirinin qalibi olub. Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Komandamız yarışda 9 cüdoçu ilə təmsil olunub. Turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.