İDMAN


Azərbaycan cüdoçuları Serbiyadakı Avropa açıq çempionatında üç bürünc medal qazanıblar

Bakı, 24 sentyabr, AZƏRTAC 

Serbiyanın paytaxtı Belqradda cüdo üzrə Avropa açıq çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə Azərbaycan milli komandası aktivinə üç medal yazdırıb. Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

Otuz ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 idmançı (13 oğlan, 4 qız) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.